ATƏT-in milli azlıq məsələləri üzrə ali komissarı Marneuliyə səfər edib

ATƏT-in milli azlıq məsələləri üzrə ali komissarı Marneuliyə səfər edib
# 15 aprel 2016 22:14 (UTC +04:00)

Marneuli. Nizami məmmədzadə-APA. Aprelin 15-də ATƏT-in milli azlıq məsələləri üzrə ali komissarı Astrid Tors azərbaycanlıların kompakt yaşadığı Marneuliyə səfər edib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, səfər çərçivəsində ali komissar və ATƏT-in milli azlıq məsələlər üzrə Gürcüstan əlaqələndiricisi Nino Qoqoladze Marneulidə fəaliyyət göstərən QHT rəhbərləri və din xadimləri ilə görüşüblər. Görüş Gürcüstan Azərbaycanlı Qadınlar İttifaqının (GAQİ) ofisində baş tutub.

Görüşdə əsas mövzu din, təhsil və milli azlıqların hüquqları barədə olub. Tədbirdə GAQİ sədri Leyla Süleymanova, Əhli-Beyt mədəni-maarif cəmiyyətinin sədri Hacı Rasim Məmmədov, Elmi Araşdırmalar Assosiasiyasının prezidenti Ehtiram Əmirxanlı və digər nümayəndələr iştirak edib.

ATƏT rəsmisi QHT rəhbərlərini dinləyib və onların problemləri ilə tanış olub, həmçinin bölgədə dini zəmində baş verən problemlərlə də yaxından maraqlanıb. Tədbirdə çıxış edən Əhli-Beyt mədəni-maarif cəmiyyətinin sədri Hacı Rasim Məmmədov dini zəmində problemlərin mövcudluğunu, eyni zamanda bu problemin bir hissəsinin həll olunduğunu bildirib. R.Məmmədov bölgədə olan məscidlərə status verilmədiyini, yeni məscid tikintisinə icazə verilmədiyini də vurğulayıb. O, ölkədə yaşayan müsəlmanların İslam dininin öyrədilməsi sahəsində də problemlərin mövcud olduğunu deyib.

Ali komissar A. Tors qadınların hüquqlarının vəziyyəti ilə də maraqlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR