“Təmiz Şəhər” ADA Universitetinin tələbələrini mükafatlandırıb

“Təmiz Şəhər” ADA Universitetinin tələbələrini mükafatlandırıb
# 18 mart 2016 07:23 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. “Təmiz Şəhər” ASC-nin ADA Universitetinin Xəzər – Enerji və Ətraf Mühit Mərkəzi ilə birlikdə bu universitetin tələbələri arasında keçirdiyi inşa müsabiqəsinin nəticələri məlum olub və universitetdə keçirilən tədbirdə ən yaxşı 3 essenin müəllifi mükafatlandırılıb.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, “Green Soulitions” (“Yaşıl Həllər”) adlı müsabiqəyə qatılmaq üçün tələbələr “Yaşıl düşüncə nədir?”, “XXI əsrin ekologiyasına kömək”, “Ətraf mühitin sağlamlığı kimdən asılıdır?”, “Özündən başla – yaşıla keç”, “Tullantıların çeşidlənməsi, evdən başla” və ya “Ekologiya və biz. Kömək vaxtı” mövzularından hər hansı birində esse yazılıb və bu yazılar 2015-ci il dekabrın 1-dən fevralın 20-dək qəbul olunub.

Son təhvil tarixindən sonra “Təmiz Şəhər”in və Xəzər – Enerji və Ətraf Mühit Mərkəzinin mütəxəssislərindən ibarət münsiflər heyəti esseləri oxuyub və qiymətləndirib. Ən yaxşı 3 inşanın müəlliflərinə pul mükafatları verilib.

Mükafatlandırma tədbirində çıxış edən “Təmiz Şəhər” ASC-in idarə heyəti sədrinin müşaviri Oqtay Məmmədov bildirib ki, səhmdar cəmiyyət bu müsabiqə ilə tələbələrdə ətraf mühitin qorunması, tullantıların idarə olunması məsələlərində diqqət yaratmağa çalışıb: “Bu, tələbələr üçün bir stimul olub, esse yazarkən araşdırmalar edib və sahəni daha dərindən öyrəniblər”.

“Təmiz Şəhər” ASC bir çox təhsil müəssisələri ilə gənclərin tullantıların idarə olunmasında bilgilərinin və iştirak səviyyələrinin artırılması istiqamətində əməkdaşlıqlar edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR