İsfahan qubernatoru: “Azərbaycanlı iş adamları ilə turizm sahəsində əməkdaşlığa hazırıq”

İsfahan qubernatoru: “Azərbaycanlı iş adamları ilə turizm sahəsində əməkdaşlığa hazırıq”
# 20 fevral 2016 15:39 (UTC +04:00)

İsfahan. Süleyman Fərzəliyev - APA. "İranın Azərbaycanla turizm sahəsində əməkdaşlığı genişləndiriləcək".

Bunu APA-ya açıqlamasında İranın İsfahan əyalətinin qubernatoru Rəsul Zərgərpur deyib.

Azərbaycanın turizm sahəsinə məsul şəxsləri və iş adamlarını İsfahana dəvət etdiyini deyən R. Zərgərpur qeyd edib ki, İsfahan əyaləti azərbaycanlı iş adamları ilə turizm sahəsində əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır.

“Mövcud mədəni, dini və tarixi bağlılıqlara görə İranla Azərbaycan arasında müştərək əməkdaşlıq üçün geniş potensial var. İki ölkə mədəniyyət, turizm, tibb və digər sahələrdə əməkdaşlıq edə bilər və biz buna hazırıq. Dost və qardaş olan Azərbaycanla əlaqələrin inkişafı hazırda İran üçün prioritetdir. Bu gün İsfahan təkcə İslam dünyasının mədəni paytaxtı deyil, bütün dünya İsfahanın turizm bölgələrinə maraq göstərir. İsfahanda 1000-dən çox mədəni irs obyektləri var. Eləcə də əyalətdə 90-dan çox turizm bölgəsi var", - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR