Sumqayıtda mağazada yanğın olub

Sumqayıtda mağazada yanğın olub
# 02 aprel 2016 00:06 (UTC +04:00)

Bakı-APA. Sumqayıtda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 180 kv.m olan üçmərtəbəli mağazanın dam örtüyündə quraşdırılmış reklam lövhəsi və 0,5 p.m elektrik kabeli yanıb.

Mağaza yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR