İran şirkəti Bakıya uçuşlara başlayır

 İran şirkəti Bakıya uçuşlara başlayır
# 07 oktyabr 2016 08:35 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. İranın “Mahan Air” aviaşirkəti oktyabrın 31-dən etibarən Tehran-Bakı-Tehran marşrutu üzrə müntəzəm uçuşlara başlayır.

Heydər Əliyev Beynəlxalq Hava Limanının mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası müvafiq icazəni sözügedən aviaşirkətin uçuşları həftədə 3 dəfə yerinə yetirmək sorğusundan sonra verib.

Uçuşların həftədə 3 dəfə - çərşənbə axşamı, çərşənbə və bazar günləri “Airbus A310” layneri ilə yerinə yetirilməsi planlaşdırılır.

Qeyd edək ki, "Azərbaycan Hava Yolları" və ATA Airlines aviaşirkətləri də Tehrana uçuşlar həyata keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR