Elmar Məmmədyarov Belçikanın yeni səfirini qəbul edib

Elmar Məmmədyarov Belçikanın yeni səfirini qəbul edib
# 05 avqust 2016 14:11 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Belçika Krallığının ölkəmizə yeni təyin olunmuş səfiri Bert Şufsu qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, E. Məmmədyarov B. Şufsu Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Səfir etimadnaməsinin surətini E. Məmmədyarova təqdim edib.

Görüşdə Azərbaycan və Belçika arasında ikitərəfli münasibətlərin inkişaf səviyyəsindən məmnunluq ifadə olunub, Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin inkişafı barədə fikir mübadiləsi aparılıb.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR