“AtaBank” I rübdə 6 mln. manatlıq mənfəət əldə edib

“AtaBank” I rübdə 6 mln. manatlıq mənfəət əldə edib
# 26 aprel 2016 09:04 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə – APA-Economics. “AtaBank”ın aktivlərinin həcmi 2016-cı ilin I rübündə 491,380 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 20,2% azdır.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 16,4% azalaraq 434,442 mln. manat olub.

Bankın depozit portfeli hesabat dövrü ərzində 20,6% azalaraq 416,173 mln. manata, əhalinin əmanətlərinin həcmi isə 187,031 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 22,9% artım deməkdir.

Bir il ərzində bankın məcmu kapitalı 15,3% artaraq azalaraq 60,037 mln. manat olduğu halda, nizamnamə kapitalı dəyişməyərək 50 mln. manat təşkil edib.

Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən təxminən 32,2% azalaraq 17,148 mln. manat, xərcləri isə 18,3% azalaraq 13,638 mln. manata çatıb.

Cari ilin ilk üç ayı ərzində bankın əldə etdiyi mənfəət 6 mln. 113 min manat təşkil edib.

Hazırda bankın ölkə üzrə 22 filialı, 80 bankomatı, 19 522 POS-terminalı fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR