Bakıda mənzildən oğurluq edən şəxs saxlanılıb

 Bakıda mənzildən oğurluq edən şəxs saxlanılıb
# 18 may 2016 10:15 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda mənzildən oğurluq edən şəxs saxlanılıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Xətai rayon 34-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 16-da Bakı şəhər sakini Allahyar Səmədovun evindən 6000 manat pul və qızıl əşyalar oğurlayan Füzuli rayon sakini İntiqam Məmmədov tutulub.


Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR