“Hüseyn Cavid” monoqrafiyası yenidən çap olunub

“Hüseyn Cavid” monoqrafiyası yenidən çap olunub
# 05 aprel 2016 08:46 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Məmməd Cəfərin “Hüseyn Cavid” monoqrafiyası yenidən nəşrə hazırlanıb. AMEA-dan APA-ya verilən məlumata görə, kitab Hüseyn Cavidin ilk mükəmməl tədqiqatçısı, görkəmli tənqidçi-ədəbiyyatşünas, akademik Məmməd Cəfərin 1960-cı ildə çap olunmuş eyni adlı monoqrafiyasının latın qrafikası ilə AMEA Hüseyn Cavidin Ev Muzeyinin əməkdaşları tərəfindən hazırlanmış ilk nəşridir.

Bildirilib ki, cavidşünaslığın elm kimi formalaşmasında mühüm rol oynayan kitab Hüseyn Cavid yaradıcılığına müraciət edən əksər tədqiqatçılar üçün etibarlı mənbədir.

Kitabın latın qrafikası ilə nəşrinin ideya müəllifi AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, elmi redaktoru AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli, tərtibçi və “Ön söz” ün müəllifi Hüseyn Cavidin Ev Muzeyinin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR