Elmar Məmmədyarov Almaniyanın yeni səfiri ilə görüşüb

Elmar Məmmədyarov Almaniyanın yeni səfiri ilə görüşüb
# 04 avqust 2016 15:31 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Xarici işlər naziri Elmar Məmmədyarov Almaniyanın Azərbaycana təyin olunmuş yeni səfiri Mixail Kindsqrabı qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, E. Məmmədyarov M. Kindsqrabı Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Səfir etimadnaməsinin surətini E. Məmmədyarova təqdim edib.

Görüşdə Azərbaycanla Almaniya arasında ikitərəfli münasibətlərin inkişaf səviyyəsindən məmnunluq ifadə olunub. Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR