Tərtər və Bakı sakinlərindən silah-sursat götürülüb

Tərtər və Bakı sakinlərindən silah-sursat götürülüb
# 24 may 2016 09:28 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Tərtər və Bakı sakinlərindən silah-sursat götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhərində Tərtər rayon sakini Eldəniz Abbasovdan “Makarov” markalı tapança, 8 ədəd patron və 1 ədəd patron darağı götürülüb.

Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Türkan qəsəbəsində yaşayan Coşqun Babayevin evinə baxış zamanı isə “AK-74” markalı silah və 28 ədəd patron aşkar edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR