İranda raketlər üçün partlayıcı maddələr istehsal edən zavod açılıb

İranda raketlər üçün partlayıcı maddələr istehsal edən zavod açılıb
# 06 aprel 2016 14:33 (UTC +04:00)

Tehran. Süleyman Fərzəliyev – APA. İranda “Balistik” və “Kruz” raketlərinin gücünü artırmaq üçün partlayıcı maddələr istehsal edən zavod açılıb.

APA-nın Tehran bürosunun məlumatına görə, bu zavod partlayıcı maddə olan “Oktagen” və onun birləşmələrini istehsal edəcək.

Zavodun açılışında İranın müdafiə naziri Hüseyn Dehqan və digər rəsmi şəxslər iştirak edib.

Zavodun üstünlüklərini sayan H. Dehqan deyib ki, “Oktagen” partlayıcı maddənin davamlılığı, işlətmə asanlığı və xərcinin az olması zavodun üstünlüklərindəndir. “Biz minimum xammalla daha çox dağıdıcılıq və partlayış gücünə malik, dəqiq vurma qabiliyyətli silahlara sahib olmağı özümüzə strateji hədəf seçmişik. Düşmən İran xalqına qarşı sanksiyalar tətbiq etmək və təzyiqlərlə bu xalqın inkişafının qarşısını almağa çalışır”.

Qeyd edək ki, “Oktagen” adlı maddə müxtəlif növ raketlərin gücünü artırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR