Rusiyada narkotik satışı ilə məşğul olan azərbaycanlılardan ibarət dəstə yaxalanıb

Rusiyada narkotik satışı ilə məşğul olan azərbaycanlılardan ibarət dəstə yaxalanıb
# 25 dekabr 2015 08:22 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Rusiyanın Krasnoyarsk vilayətində narkotik vasitələrin satışı ilə məşğul olan və əksəriyyətini azərbaycanlıların təşkil etdiyi dəstə yaxalanıb.

APA-nın “stolotca24.ru” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın Narkotik Vasitələrin Dövriyyəsinə Nəzarət üzrə Dövlət İdarəsindən məlumat verilib. Dəstə üzvlərindən biri Qırğızıstandan gəlib, digər 3 nəfər isə Krasnoyarskda yaşayan azərbaycanlılardır. Onlar İrkutskdan 4,5 kq heroin alaraq vilayət mərkəzinə gətiriblər. Narkotik vasitəni avtomobildə gizlədiblər və onlardan biri 200 qramını özü ilə götürüb. Dəstə üzvləri Kansk şəhərində saxlanılıb və onların üzərindəki narkotik vasitələr götürülüb. Fakt üzrə cinayət işi başlanıb.

Dəstənin bütün üzvləri məhkəmədə cinayətlərini boynuna alıblar. Onlardan ikisi 5 il, digər ikisi isə 6 il azadlıqdan məhrumetmə cəzası alıb. Lakin onlardan birinin himayəsində azyaşlı uşağın olması nəzərə alınaraq cəzası 5 il 11 aya endirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR