"Bakı Sığorta" ötən ili mənfəətlə başa vurub

"Bakı Sığorta" ötən ili mənfəətlə başa vurub
# 28 mart 2016 14:13 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Bakı Sığorta” ASC 2015-ci ilə dair mühasibat balansı göstəricilərini açıqlayıb.


"APA-Economics" xəbər verir ki, 2014-cü il ilə müqayisədə ötən il şirkətin aktivləri 1 mln. 1,284 min manat və ya 7,58% azalaraq 2016-cı ilin yanvarın 1-ə 12 mln. 208 min 480 manat təşkil edib. Aktivlərin 10,208 mln. manatı qısamüddətli, təxminən 2 mln. manatı isə uzunmüddətlidir.

2015-ci ilin dekabrın 31-ə "Bakı Sığorta"nın uzunmüddətli öhdəlikləri 2 mln. 112 min 309 manat, qısamüddətli öhdəlikləri isə 1 mln. 300 min 623 manat təşkil edib. Başqa sözlə, hazırda şirkətin cəmi öhdəlikləri 3 mln. 412 min 931 manatdır.

Sığortaçının məcmu kapitalında artım var. Belə ki, 2014-cü il ilə müqayisədə ötən il şirkətin məcmu kapitalı 1 mln. 522 min 513 manat və ya 20,93% artaraq 8 mln. 795 min 549 manata çatıb.

Nizamnamə kapitalı isə 551,760 min manat artaraq 8 mln. 925 min 439,65 manata çatıb.

Şirkət ötən ili 1 mln. 90 min 753 manat mənfəətlə başa vurub.

Sığortaçı hələlik dividendləri elan etməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR