Rublun məzənnəsi tarixi minimumunu yeniləyib

Rublun məzənnəsi tarixi minimumunu yeniləyib
# 11 yanvar 2016 09:48 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiya rublu tarixi maksimumunu yeniləyib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu gün Moskva birjasında 1 ABŞ dolları 2,1% bahalaşaraq 76,49 rubla bərabər olub.

Avro isə 3,4% bahalaşaraq 83,4 rubla dəyişdirilib.

Beləliklə, rubl 2014-cü ilin dekabr ayının minimumuna yaxınlaşıb.

Rusiya rublunun dəyər itirməsinə səbəb dünya bazarında neftin sürətlə ucuzlaşması və Çinin iqtisadi gərginlik yaşamasıdır. Hazırda Brent markalı neftin 1 barelinin qiyməti 32,6 dollara qədər ucuzlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR