Göyçayda zəncirvari yol qəzası baş verib, xəsarət alanlar var

Göyçayda zəncirvari yol qəzası baş verib, xəsarət alanlar var
# 27 may 2016 22:07 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov-APA. Göyçay rayonunda 3 minik avtomobili toqquşub, xəsarət alanlar var.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə mayın 27-də axşam saat 21:30 radələrində Göyçay şəhərinin Mehdi Hüseynzadə küçəsində qeydə alınıb.

“VAZ 2106”, “VAZ 2107” və “QAZ 2410” markalı minik avtomobillərinin toqquşması nəticəsində rayonun Cəyirli kənd sakini, 1979-cu il təvəllüdlü Babayev Ramin Bahəddin oğlu və Göyçay şəhər sakini, 1962-ci il təvəllüdlü Hacıyev Soltan Ağaəli oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR