“Nar” və “İrşad Electronics” birgə kampaniya keçirir

“Nar” və “İrşad Electronics” birgə kampaniya keçirir
# 18 aprel 2016 13:49 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. “Nar” və “İrşad Electronics” mağazalar şəbəkəsi müştərilər üçün daha bir əlverişli kampaniyaya start veriblər.

Mobil operatordan “APA-Economics”ə verilən məlumata görə, artıq hər kəs “İrşad Electronics” dükanlarından dəyəri 400 manatadək olan “Samsung” smartfonlarını 6 aylıq faizsiz ödəmə şərti ilə əldə edə bilər.

Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsini təqdim etmək və ilkin ödəniş kifayətdir. Faizsiz ödəmə şərti ilə smartfon almış bütün müştərilər bonus olaraq “Nar” nömrə, 6 ay müddətində verilməklə 200 AZN şəbəkədaxili danışıq balansı və 1 500 Mb internet trafiki qazanacaqlar.

Kampaniya 15 aprel - 31 may tarixləri arasında qüvvədə olacaq.

Kampaniyanın şərtləri barədə əlavə məlumatı *0171 qısa nömrəsindən öyrənmək mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR