AXCP üzvü 25 sutkalıq həbs edilib

AXCP üzvü 25 sutkalıq həbs edilib
# 19 avqust 2016 09:52 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Suraxanı rayon Məhkəməsində AXCP üzvü Qədim Bəkirovun məhkəmə prosesi keçirilib.

APA-nın məlumatına görə, məhkəmə onun 25 sutka müddətinə inzibati qaydada azadlıqdan məhrum edilməsi barədə qərar qəbul edib.

Q. Bəkirov İnzibati Xətalar Məcəlləsinin 535-ci (polisin qanuni tələbinə tabe olmama) maddəsinə əsasən təqsirli bilinib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR