Neftçalada 3 yaşlı uşaq hündürlükdən yıxılaraq ölüb

Neftçalada 3 yaşlı uşaq hündürlükdən yıxılaraq ölüb
# 28 aprel 2016 08:28 (UTC +04:00)

Neftçala. Əlibəy Zeynallı - APA. Neftçala və Salyan rayonlarında bədbəxt hadisə baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Neftçala rayonunun Kür Qaraqaşlı kənd sakini, 2013-cü il təvəllüdlü Həsənli Mətləb Ramil oğlu fərdi yaşayış evində hündürlükdən yıxılaraq ölüb.

Digər hadisə isə Salyan rayonunun Piratman Gəncəli kəndində qeydə alınıb. Həmin kəndin sakini, 1960-cı il təvəllüdlü Əliyeva Yaqut Cəfərqulu qızı elektrik cərəyanı vurması nəticəsində ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR