Məhkəmə “Azərsu” ASC-nin iddiasını təmin etməyib

 Məhkəmə “Azərsu” ASC-nin iddiasını təmin etməyib
# 30 may 2016 08:26 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsində “Azərsu” ASC-nin Yasamal rayon İcra Şöbəsinə qarşı iddiası əsasında məhkəmə prosesi yekunlaşıb.

APA-nın məlumatına görə, məhkəmə iddianı təmin etməyib.

Qeyd edək ki, ASC icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi və qərarın ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib.


Məhkəmənin qərarından ASC apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsində şikayətə baxılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR