Azərbaycan avtomobil istehsalını azaldıb

Azərbaycan avtomobil istehsalını azaldıb
# 17 sentyabr 2015 08:27 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-avqust maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində

200,1 mln. manatlıq məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə maşın və avadanlıqların istehsalı 28,1%, nəqliyyat vasitələrinin istehsalı 1,1%, avtomobil və qoşquların istehsalı isə 24,0% azalıb.

Belə ki, ötən 8 ay ərzində Azərbaycanda 370 ədəd minik avtomobili istehsal edilib. Bu, 2014-cü ilin yanvar-avqust ayları ilə müqayisədə 79,1% azdır. Nəticədə bu ilin sentyabr ayının 1-nə 298 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Ötən 8 ay ərzində ölkədə 210 ədəd yük avtomobili istehsal edilib. Bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 16,7% çoxdur.

Bundan başqa, ötən aylar ərzində 469 ədəd xüsusi təyinatlı kommunal maşınları istehsal edilib. Nəticədə bu ilin sentyabr ayının 1-nə 68 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Yanvar-avqust aylarında 670 ədəd traktor istehsal edilib ki, bu da ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 23,3% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR