Əbülfəs Qarayev Biləsuvarda vətəndaşları qəbul edib

Əbülfəs Qarayev Biləsuvarda vətəndaşları qəbul edib
# 23 sentyabr 2016 12:24 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Biləsuvarda vətəndaşları qəbul edib.

APA-nın məlumatına görə, qəbulda Biləsuvar, Beyləqan, Neftçala, Salyan, Cəbrayıl və Xocavənd rayonlarının sakinləri iştirak ediblər.

Nazirliyin məsul işçilərinin iştirak etdikləri qəbulda səslənən müraciətlər yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyəti, kadr təminatı, tarixi-mədəni abidələrin təmir-bərpası, bölgələrdə turizmin inkişaf etdirilməsi və digər məsələlərlə bağlı olub.

Nazir jurnalistlərə müsahibəsində bildirib ki, ölkə başçısının tapşırığı ilə hər ay yerlərdə təşkil olunan görüşlər zamanı vətəndaşlar tərəfindən maraqlı təkliflər, faydalı təşəbbüslər irəli sürülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR