Uçqun nəticəsində bağlanan Quba -Xınalıq yolu açılıb - YENİLƏNİB

Uçqun nəticəsində bağlanan Quba -Xınalıq yolu açılıb - <span style="color: red;">YENİLƏNİB
# 21 may 2016 17:34 (UTC +04:00)

Quba. Vəli Turan - APA. Ötən gün Quba-Xınalıq yolunda baş verən dağ uçqunu nəticəsində bağlanan yol açılıb.


APA-nın şimal bürosunun verdiyi məlumata görə, Quba 6 saylı Yol İstismar İdarəsinin sahə rəisi Bilal Sultanov bildirib ki, 15-20 tonluq qaya parçaları yolun 37-ci km-lik hissəsindən götürülüb.


Xınalıqla bərabər bu istiqamətdə yerləşən Əlik, Haput, Cek, Qələxudat, Bostankeç kəndləri ilə də əlaqə bərpa olunub.

SAAT 12:29

Quba. Vəli Turan - APA. Ötən gün Quba-Xınalıq yolunda dağ uçqunu baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, yolun 37-cı km-də qaya parçalarının dağdan qoparaq yola yuvarlanması nəticəsində yol bağlanıb.

Quba 6 saylı Yol İstismar İdarəsinin sahə rəisi Bilal Sultanovun verdiyi məlumata görə, 15-20 tonluq qaya parçaları yola düşərək hərəkəti məhdudlaşdırıb.

Xınalıqla bərabər bu istiqamətdə yerləşən Əlik, Haput, Cek, Qələxudat, Bostankeç kəndləri ilə də əlaqə kəsilib.

Yolun açılması üçün əraziyə texnika cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR