Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 1%-dən çox artıb

Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 1%-dən çox artıb
# 15 avqust 2016 10:27 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2015-ci ilin eyni dövrü ilə müqayisədə 1,1% artaraq 4 036,7 mln. manat olub.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, artımın 51,0%-ni hüquqi şəxslər təmin edib və onlar tərəfindən əhaliyə 2 978,8 mln. manatlıq xidmət göstərilib. Bu, ötən ilin müvafiq dövrünün göstəricisini 0,7% üstələyib.

Bu ilin yanvar-iyul ayları ərzində hər bir ölkə sakini orta hesabla 419,9 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,5 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR