Bakıda 24 yaşlı qadın bıçaqlanıb - VİDEO

Bakıda 24 yaşlı qadın bıçaqlanıb - <span style="color: red;">VİDEO
# 24 noyabr 2015 21:52 (UTC +04:00)

Bakı. Mahir Məmmədli - APA. Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Bakıxanov qəsəbəsindəki yataqxanalardan birində baş verib.


Orada yaşayan 24 yaşlı Fərqanə Abbasova çoxsaylı bıçaq xəsarətləri alıb. Yaralını xəstəxanaya polis əməkdaşları çatdırıblar. Müayinə zamanı həkimlər bıçağın daxilə nüfuz etdiyini bildiriblər.

Hadisəni araşdıran Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsindən verilən məlumata görə, Fərqanə Abbasovanın özü-özünə bıçaqla xəsarət yetirdiyi ehtimal olunur. Hadisənin dəqiq səbəbi isə aparılan araşdırmalardan sonra məlum olacaq.

Faktla əlaqədar cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR