Araz çayında batan şəxsin cəsədi tapılıb

Araz çayında batan şəxsin cəsədi tapılıb
# 21 avqust 2016 10:57 (UTC +04:00)

Bakı-APA. Bu gün Saatlı rayonu, Nərimanov kəndi Araz çayında (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 30 km aralı, nəzarətsiz ərazidə) batmış 1988-ci il təvəllüdlü, Alışov Xalid Əlisafa oğlunun cəsədi tapılıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, cəsəd FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 11:50-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR