Bahar Muradova: "Türkiyəni hər hansı terror təşkilatına dəstək verməkdə ittiham etmək absurddur"

Bahar Muradova: "Türkiyəni hər hansı terror təşkilatına dəstək verməkdə ittiham etmək absurddur"
# 26 fevral 2016 10:37 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Türkiyə Suriya ilə həmsərhəd olan və bu münaqişədən ən çox əziyyət çəkən ölkədir”.

APA-nın məlumatına görə, bu sözləri Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova qurumun qış sessiyasında Ermənistan nümayəndə heyətinin rəhbəri Artaşes Geqamyanın Türkiyəni radikal qruplaşmalara dəstək verməsi ilə bağlı ittihamına cavabında deyib. O, Türkiyənin ATƏT üzvü olduğunu və onun işinə töhfə verdiyini bildirib: “Türkiyənin miqrant mövzusuna töhfəsini bütün dünya görür və bu, təqdirəlayiqdir. Türkiyəni hər hansı terror təşkilatına dəstək verməkdə ittiham etmək absurddur. Terrora qarşı birgə mübarizə aparmaq lazımdır. Bir daha deyirəm ki, Türkiyənin terrorizmlə mübarizəsini şübhə altına almaq lazım deyil, o özü bu problemdən əziyyət çəkir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR