Azərbaycan prezidenti sərnişin gəmilərinin istismara verilməsi mərasimində iştirak edib

Azərbaycan prezidenti sərnişin gəmilərinin istismara verilməsi mərasimində iştirak edib
# 22 aprel 2016 11:23 (UTC +04:00)

APA-nın məlumatına görə, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və “Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev dövlət başçısına zavodda inşa edilən gəmilər barədə məlumat veriblər.

Bildirilib ki, hazırda gəmiçiliyin donanması üçün zəruri olan müxtəlif təyinatlı gəmilərin inşası ilə bağlı danışıqlar aparılır. Onların arasında tankerlər, quru yük gəmiləri, konteynerdaşıyan gəmilər, kran, yanğınsöndürən, yedək-təchizat, təchizat və nəqliyyat gəmiləri var.

Dövlət başçısı gəmilərin istismara verilməsini bildirən lenti kəsib.

Sonra prezident İlham Əliyev “Üfüq” sərnişin gəmisinin istismara verilməsini bildirən düyməni basıb.

Gəmiçiliyin strategiyasına müvafiq olaraq, Xəzərdən kənar sularda fəaliyyətin genişləndirilməsi məqsədilə yaxın vaxtlarda hər birinin 5500 ton yükgötürmə qabiliyyəti olan altı quru yük gəmisi istisamara veriləcək. Bununla da Xəzərdən kənarda, Qara və Aralıq dənizləri hövzələrində Azərbaycan bayrağı altında üzən gəmilərimizin sayı 11-ə çatacaq.

Gəmilərlə yaxından tanış olan prezident İlham Əliyev kollektivə uğurlar arzulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR