Türkiyə təyyarəsi Priştinada uçuş-enmə zolağından kənara çıxıb

Türkiyə təyyarəsi Priştinada uçuş-enmə zolağından kənara çıxıb
# 03 may 2016 00:10 (UTC +04:00)

Bakı-APA. “Turkish Airlines” aviaşirkətinə məxsus Boeing-737 təyyarəsi Kosovonun paytaxtı Priştina hava limanına eniş zamanı uçuş-enmə zolağından çıxıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, insident nəticəsində zərərçəkən olmayıb.

İstanbuldan Priştinaya uçan təyyarənin göyərtəsində 143 sərnişin və 8 ekipaj üzvü olub. Aeroportun işi müvəqqəti dayandırılıb. İlkin məlumata əsasən, hadisəyə qeyri-sabit hava şəraiti səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR