Şəmkirdə avtomobil aşıb, xəsarət alan var

Şəmkirdə avtomobil aşıb, xəsarət alan var
# 15 may 2016 13:24 (UTC +04:00)

Şəmkir. Azər Məmmədli – APA. Şəmkir-Gədəbəy avtomobil yolunda avtomobil aşıb, xəsarət alan var.

APA-nın Qərb bürosunun verdiyi məlumata görə hadisə yolun Şəmkir rayonu ərazisində, Yeni Yasamal adlanan hissədə qeydə alınıb.

“QAZel” markalı yük avtomobilin aşması nəticəsində sərnişin, Şəmkir rayon sakini 1990-cı il təvəllüdlü Roman Əyyubov müxtəlif bədən xəsarətləri alaraq Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı Şəmkir rayon Polis Çöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR