Putin: "Rusiyanı demokratiyanın yox, NATO-nun sərhədlərinə doğru irəliləməsi narahat edir"

Putin: "Rusiyanı demokratiyanın yox, NATO-nun sərhədlərinə doğru irəliləməsi narahat edir"
# 23 oktyabr 2015 06:48 (UTC +04:00)

Bakı - APA. "Rusiyanı demokratiyanın ölkənin sərhədlərinə yaxınlaşması yox, NATO-nun hərbi infrastrukturunun irəliləməsi narahat edir".

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidenti Vladimir Putin “Valday” beynəlxalq diskussiya klubunun plenar iclasındakı çıxışında deyib.

“Məgər biz demokratiyanın sərhədlərimizə yaxınlaşmasının əleyhinəyik? Siz “demokratiya” dedikdə nəyi nəzərdə tutursunuz: NATO-nun sərhədlərimizə yaxınlaşmasını? Budurmu demokratiya? NATO hərbi blokdur. Bizi demokratiyanın yox, NATO-nun hərbi infrastrukturunun irəliləməsi narahat edir”, - deyə Putin qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR