Bakıda həyat yoldaşını öldürən qadının məhkəməsi başlayıb

Bakıda həyat yoldaşını öldürən qadının məhkəməsi başlayıb
# 18 aprel 2016 13:55 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş ərini öldürməkdə təqsirli bilinən 1985-ci il təvəllüdlü Səbinə İmanovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı aprelin 25-ə təyin edilib.

Qeyd edək ki, qətl keçən il paytaxtın Nəsimi rayonunda baş verib. Səbinə İmanova keçmiş həyat yoldaşını nənəsigilə qonaq çağırıb və onu bıçaqla keçmiş ərini qətlə yetirib. Ona Cinayət Məcələsinin 120-ci maddəsi ilə ittiham elan olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR