Bakıda kütləvi dava olub

Bakıda kütləvi dava olub
# 02 iyun 2016 09:20 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda kütləvi dava olub.

Qaradağ rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Lökbatan qəsəbəsində qeydə alınıb. Bir qrup gənc (7-8 nəfər) arasında düşən davada qəsəbə sakini, 1985-ci il təvəllüdlü Bəhruz Şahmar oğlu Mustafayev xəsarət alıb.

Hazırda dava iştirakçılarının şəxsiyyətlərinin müəyyənləşdirilməsi və tutulması istiqamətində tədbirlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR