“DəmirBank” nizamnamə kapitalını 50 milyon manat artırır

“DəmirBank” nizamnamə kapitalını 50 milyon manat artırır
# 09 avqust 2016 08:42 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “DəmirBank” ASC-nin nizamnamə kapitalı 50 mln. manat artırılacaq.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, bnunla bağlı qərar “DəmirBank”ın səhmdarlarının 6 avqust tarixində keçirilmiş növbədənkənar yığıncağında qəbul olunub. Səhmdarların qərarı ilə bankın nizamnamə kapitalı əlavə səhmlərin emissiyası yolu ilə artırılacaq.

“Əlavə səhm emissiyası nəticəsində “DəmirBank”ın səhmdar kapitalı 3 dəfə artaraq aktivlərindəki payına görə ölkənin ən yüksək kapitallaşmaya malik olan maliyyə təşkilatlarından birinə çevriləcək. Səhmdarların qərarı ilə səhmlərin yerləşdirilməsi qapalı yerləşdirilmə üsulu ilə, əqdlərin Bakı Fond Birjasında qeydiyyatı vasitəsilə həyata keçiriləcək”, - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, kapitalın artımı “DəmirBank”ın uzunmüddətli dayanıqlılığı və strateji inkişaf hədəflərinin reallaşmasına hesablanmış addım olaraq bankda gələcəkdə yeni layihə və investisiyaların daha da inamla tətbiqi üçün şərait yaratmış olacaq.

Ölkənin ilk kommersiya banklarından olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR