Bakıda Çex Respublikası prezidentinin rəsmi qarşılanma mərasimi keçirilib

Bakıda Çex Respublikası prezidentinin rəsmi qarşılanma mərasimi keçirilib
# 15 sentyabr 2015 12:19 (UTC +04:00)

APA-nın mәlumatına görә, Azərbaycan prezidentinin iqamәtgahı qarşısında rәsmi qaravul dәstәsi düzülüb. Miloş Zeman və xanımı İvana Zemanovanı Azәrbaycan prezidenti İlham Әliyev vә xanımı Mehriban Әliyeva qarşılayıb. Daha sonra hәr iki ölkәnin dövlət hәmni sәslәndirilib.

Prezidentlәr fәxri qaravulun önündən keçdikdən sonra nümayәndә heyәtlәri ilә tanışlıq olub.

Ardınca prezidentlәrin təkbətək görüşü başlayıb. Daha sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş və prezidentlərin mətbuat konfransı keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR