“Şahdağ” Turizm İnformasiya Mərkəzinin açılış mərasimi keçirilib

“Şahdağ” Turizm İnformasiya Mərkəzinin açılış mərasimi keçirilib
# 28 sentyabr 2015 11:14 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Bakıda “Şahdağ” Turizm İnformasiya Mərkəzinin rəsmi açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazirliyin rəsmiləri və turizm ictimaiyyəti iştirak edib.

Ə. Qarayev bildirib ki, informasiya mərkəzinin açılışı Azərbaycanda turizm infrastrukturunun genişləndirilməsinə dair lazımlı addımdır: “Mərkəzdə otel rezervasiyası ilə yanaşı, qış-yay turizm avadanlıqlarının icarə sifarişi və paket təkliflər əldə etmək xidmətləri təklif olunacaq. Müştərilər şirkətə gələrək və yaxud telefon vasitəsilə məlumat əldə edib, sifariş verə biləcəklər. Bu, müasir yanaşmadır. Cənab prezidentin “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında imzaladığı sərəncama uyğun olaraq bu, birinci addımdır. Əsas məqsəd turistlərin rahatlığını təmin etməkdən ibarətdir”.

Açılış mərasimində qeyd olunub ki, mərkəz Qusar rayonunda yerləşən “Şahdağ” Turizm Mərkəzinin məlumat bürosu olaraq fəaliyyət göstərəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR