Elmira Süleymanova BMT-nin İşgəncələrin qarşısının alınması üzrə Alt Komitəsinin rəhbərini qəbul edib

Elmira Süleymanova BMT-nin İşgəncələrin qarşısının alınması üzrə Alt Komitəsinin rəhbərini qəbul edib
# 16 aprel 2015 15:07 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova BMT-nin İşgəncələrin qarşısının alınması üzrə Alt Komitəsinin nümayəndə heyətinin rəhbəri Aişə Şujun Muhammədi qəbul edib.

Ombudsman Aparatından APA-ya verilən xəbərə görə, ölkəmizdə işgəncələrin qarşısının alınması üzrə milli preventiv mexanizm (MPM) funksiyalarını həyata keçirən Ombudsman MPM-in fəaliyyəti, Milli Preventiv Qrupun (MPQ) saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə həyata keçirdiyi başçəkmələr barədə ətraflı məlumat verilib.

E. Süleymanova İşgəncələrin qarşısının alınması üzrə Alt Komitəsinin nümayəndə heyətini maraqlandıran sualları cavablandırıb.


Sonda qonaqlara Azərbaycan MPM-nin fəaliyyətinə dair illik hesabatları təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR