Tovuzda fəaliyyət göstərməyən müəssisənin anbarı yanıb

Tovuzda fəaliyyət göstərməyən müəssisənin anbarı yanıb
# 21 iyul 2015 01:53 (UTC +04:00)

Bakı-APA. Tovuzda yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın Tovuz şəhərində vətəndaşa məxsus, hal-hazırda fəaliyyət göstərməyən "Tovuz qida məhsulları" MMC-nin ərazisində baş verib. Nəticədə 200 kv.m sahədə quru ot, ümumi sahəsi 660 kv.m olan anbarın yanar konstruksiyaları, içərisində olan kağız yığımı 300 kv.m sahədə yanıb. Anbarın qalan hissəsi yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR