“Bank Melli İran Baku”nun faiz gəlirləri azalıb

“Bank Melli İran Baku”nun faiz gəlirləri azalıb
# 07 avqust 2015 14:00 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “Bank Melli İran Baku”nun aktivlərinin həcmi 2015-ci ilin II rübündə 84,787 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 18,52% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 63,31% artaraq 8,073 mln. manat olub.

Bir il ərzində bankın məcmu kapitalı 2,41 dəfə artaraq 51,132 mln. manat təşkil edib, nizamnamə kapitalı isə 2,30 dəfə artaraq 51,434 mln. manat olub.

Bankın faiz gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 38,85% azalaraq 1,340 mln. manat, faiz xərcləri isə 2,36 dəfə artaraq 16,255 min. manata çatıb.

Cari ilin altı ayını bank 505,387 min manatlıq mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR