Dövlət Komissiyası: Bəzi dövlət orqanlarında qanunvericiliyin tələblərinin pozulması faktları aşkarlanıb - FOTO

Dövlət Komissiyası: Bəzi dövlət orqanlarında qanunvericiliyin tələblərinin pozulması faktları aşkarlanıb - <span style="color: red;">FOTO
# 27 fevral 2015 07:52 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Bu gün Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya “Komissiyanın 2014-cü il üzrə fəaliyyəti və dövlət orqanlarında etik davranış qaydalarına əməl edilməsi vəziyyəti barədə illik hesabat” mövzusunda dəyirmi masa təşkil edib.

APA-nın məlumatına görə, tədbiri giriş sözü ilə Komissiyanın sədr müavini Vəfadar Misirov açıb.

V. Misirov bildirib ki, Komissiyanın keçirdiyi müsabiqə və müsahibələr nəticəsində ümumilikdə 4 min 786 nəfər vakant dövlət qulluğu vəzifəsinə təyin olunub: “Komissiya dövlət orqanları ilə sıx əməkdaşlıq edib. Dövlət orqanlarının böyük əksəriyyətinin fəaliyyətlərində dövlət qulluğuna dair qanunvericiliyin tələblərinə riayət olunub. Lakin bununla belə Komissiya tərəfindən bəzi dövlət orqanlarının fəaliyyətində dövlət qulluğuna dair qanunvericiliyin tələblərinin pozulması faktları aşkar olunub. Dövlət orqanlarının fəaliyyətində dövlət qulluğuna dair qanunvericiliyin tələbləri əsasən üç istiqamət üzrə pozulur. Bunlar vakant inzibati vəzifələrin qanunvericiliyə uyğun olaraq tutulması məqsədilə dövlət orqanları tərəfindən Komissiyaya təqdim edilməməsi, müsabiqədən uğurla keçən namizədin vakant vəzifəyə təyin olunmasında gecikmələr və müsabiqə qalibinin iddia etdiyi vəzifəyə təyin edilməməsi və yaxud da başqa vəzifəyə təyin edilməsidir”.

Komissiyanın İnsan resurslarının idarə edilməsi və dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdiri Afaq Hüseyn 2007-2014-cü il ərzində Komissiya tərəfindən dövlət qulluğuna qəbulla bağlı keçirilən müsabiqə və müsahibələrə ümumilikdə 153 dövlət orqanı üzrə 13 min 387 vakant dövlət qulluğu vəzifəsinin çıxarıldığını söyləyib: “Müsabiqə və müsahibələrdə 58 min 527 namizəd iştirak edib. Onlardan 5 min 485 nəfəri vakant vəzifələrə uyğun hesab edilib. 4 min 786 nəfər isə müvafiq vəzifələrə təyin olunub”.

Komissiyanın Hüquq şöbəsinin müdiri Vüqar Əsgərov qeyd edib ki, 2014-cü il üzrə “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarının pozan dövlət orqanları tərəfindən 343 dövlət qulluqçusu barədə intizam tənbeh tədbiri tətbiq edilib: “Onlardan 319 nəfərə töhmət verilib, 10 nəfər dövlət qulluğundan azad edilib, 10 nəfərin vəzifə maaşı azaldılıb, 4 nəfər isə aşağı vəzifəyə keçirilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR