Ötən il “Bakı Sığorta”nın aktivləri azalıb

Ötən il “Bakı Sığorta”nın aktivləri azalıb
# 31 mart 2015 09:33 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2015-ci ilin yanvarın 1-nə “Bakı Sığorta” ASC-nin aktivləri 13 209 764,308 manat təşkil edib ki, bu da 2014-cü ilin eyni dövrü ilə müqayisədə 6,72% azdır.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə şirkətin məcmu kapitalının həcmində də azalma qeydə alınıb. Belə ki, müqayisə olunan dövrdə şirkətin məcmu kapitalı 11,73% azalaraq 7 273 035,648 manat olub.

2014-cü ildə şirkətin cəmi gəlirləri 5 336 620,530 manat, cəmi xərcləri isə 6 972 042,050 manat təşkil edib. Şirkət ötən ili 1 635 421,520 manatlıq zərərlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR