Ağstafada iki avtomobil toqquşub, xəsarət alanlar var - VİDEO

Ağstafada iki avtomobil toqquşub, xəsarət alanlar var - <span style="color: red;">VİDEO
# 02 aprel 2015 16:25 (UTC +04:00)

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Qazax yolunun 465-ci km-də, Ağstafa rayonu ərazisində qeydə alınıb.

Rayonun Dağ Kəsəmən kənd sakini, 1938-ci il təvəllüdlü Narkom İbrahim oğlu Namazova məxsus "QAZ-24" markalı avtomobil ilə Ağstafa şəhər sakini, 1982-ci il təvəllüdlü Ramin Namiq oğlu Sədiyevə məxsus "Opel" markalı maşın toqquşub. Qəza zamanı "Opel" yoldan çıxaraq dərəyə yuvarlanıb. Nəticədə avtomobilin sürücüsü və onun sərnişini, 1991-ci il təvəllüdlü Rüfət Tofiq oğlu İbrahimov müxtəlif bədən xəsarətləri alaraq Ağstafa Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətlərinin normal olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polis idarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR