İrakli Qaribaşvili: “Gürcüstan-Azərbaycan-Türkiyə birliyi olduqca əhəmiyyətlidir" - FOTO

İrakli Qaribaşvili: “Gürcüstan-Azərbaycan-Türkiyə birliyi olduqca əhəmiyyətlidir" - <span style="color: red;">FOTO
# 02 aprel 2015 16:47 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, görüşdə regional təhlükəsizlik məsələləri müzakirə edilib.

İ. Qaribaşvili ikitərəfli və üçtərəfli əməkdaşlığın möhkəmlənəcəyinə ümidvar olduğunu bildirib və bu əməkdaşlığın regionun təhlükəsizliyinə töhfə verəcəyini qeyd edib. Görüşdə həmçinin Avropa İttifaqının monitorinq missiyasının vacibliyini vurğulanıb.

Gürcüstanın baş naziri üçtərəfli görüşdən razı qaldığını bildirib: "Mənə məlumdur ki, bu gün siz üçtərəfli görüş formatında çox məhsuldar və faydalı görüş keçirmisiniz. Mən görüşdə müzakirə olunan məsələlərlə razıyam. Bizim birliyimiz olduqca əhəmiyyətlidir. Biz dostluq və əməkdaşlıq əlaqələrimizi inkşaf etdirib möhkəmlətməliyik".

İ. Qaribaşvili Türkiyə və Azərbaycan müdafiə nazirlərinə Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə güclü dəstək verdikləri üçün təşəkkür edib.

Z. Həsənov isə üçtərəfli görüşün yüksək səviyyədə təşkilinə görə tədbir iştirakçıları adından minnətdarlıq edib. Nazir bildirib ki, üçtərəfli görüşdə olduqca mühüm məsələlər müzakirə olunub.

Görüşdə Azərbaycan və Türkiyənin Gürcüstandakı səfirləri, Gürcüstanın müdafiə naziri Mindia Canelidze, Gürcüstan Dövlət Təhlükəsizliyi və Böhran Vəziyyətlərində İdarəetmə Şurasının katibi David Sucaşvili də iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR