Bakıda külli miqdarda narkotik aşkarlanıb

Bakıda külli miqdarda narkotik aşkarlanıb
# 13 aprel 2015 09:15 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakıda külli miqdarda narkotik tapılıb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şüvəlan qəsəbə sakini Habil Əsgərovun həyətindən ümumi çəkisi 35 qram olan 22 ədəd çətənə kolu, evindən isə 5 kiloqram 167 qram marixuana aşkar edilərək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR