Türkiyədə suriyalıları daşıyan avtobus qəzaya uğrayıb, 9 nəfər ölüb

Türkiyədə suriyalıları daşıyan avtobus qəzaya uğrayıb, 9 nəfər ölüb
# 08 avqust 2015 09:51 (UTC +04:00)

Bakı - APA. Türkiyədə suriyalıları daşıyan avtobus qəzaya uğrayıb.

APA-nın “Milliyet”ə istinadən verdiyi xəbərə görə, hadisə Balıkesir şəhərinin Havran bölgəsində baş verib.

Havran bələdiyyə başçısı Yasin Öztürkün bildirdiyinə görə, qəza nəticəsində 9 nəfər ölüb, çoxlu sayda yaralananlar var.

Ölənlərin sayının artacağı ehtimal edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR