Baş hidroloq: “Avqustda qısa müddətli sel istisna olunmur”

Baş hidroloq: “Avqustda qısa müddətli sel istisna olunmur”
# 03 avqust 2015 11:47 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Avqust ayında ölkənin bəzi yerlərində aylıq yağıntının miqdarı iqlim normasından bir qədər çox olması proqnozlaşdırılır. Buna görə də avqustun ayrı-ayrı günlərində yağacaq yağışlarla əlaqədar qısa müddətli sel istisna olunmur”.

Bunu APA-ya Ekologiya və Təbii Sərvətlə Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib. O bildirib ki, sel hadisəsi lokal leysan yağışları nəticəsində əmələ gələ bilər.

A.Verdiyev qeyd edib ki, indidən hansı çaylarda daşqın və ya selin olacağını söyləmək mümkün deyil: “Əlbəttə ki, belə bir təhlükə olsa, bu barədə əhaliyə xəbərdarlıq olunacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR