Indoneziyada 5,3 bal gücündə zəlzələ olub

Indoneziyada 5,3 bal gücündə zəlzələ olub
# 03 mart 2015 03:25 (UTC +04:00)

Bakı-APA. Martın 3-nə keçən gecə İndoneziyanın Sumatra adasının şimal-qərbində 5,3 bal gücündə zəlzələ baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Banda-Açex şəhərindən 39 km cənub-qərbdə, ocağı isə 90 km dərinlikdə yerləşib.

Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir. İndoneziyanın Milli meteorologiya və geofizika İdarəsi sunami təhlükəsinin olmadığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR