Azərbaycan Prezidenti İrlandiyanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Prezidenti İrlandiyanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
# 28 mart 2015 15:20 (UTC +04:00)

Bakı - APA. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev İrlandiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Brendan Uardın etimadnaməsini qəbul edib.

APA-nın xəbərinə görə, səfir fəxri qarovul dəstəsinin qarşısından keçib.

B. Uard etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti səfirlə söhbət edib.

Görüşdə Azərbaycan ilə İrlandiya arasında iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirilib, ticarət, sərmayə qoyuluşu, birgə layihələrin həyata keçirilməsi, digər sahələrdə əlaqələrin inkişaf etdirilməsi və bu istiqamətlərdə işlərin həyata keçirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bakıda Birinci Avropa Oyunlarının keçirilməsi ilə bağlı məsələlər ətrafında söhbət zamanı səfir yarışlara ölkəsinin idmançılarının hazırlıqları barədə Prezident İlham Əliyevə məlumat verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR