Balakəndə yaşayış evi yanıb

Balakəndə yaşayış evi yanıb
# 16 mart 2015 07:42 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Balakəndə yaşayış evində yanğın qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Balakən şəhərində vətəndaşa məxsus ümumi sahəsi 140 kv.m olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları 108 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR