“Azəryolservis” Ziya Bünyadov prospektində yerüstü piyada keçidinin sökülməsi xəbərinə aydınlıq gətirib

“Azəryolservis” Ziya Bünyadov prospektində yerüstü piyada keçidinin sökülməsi xəbərinə aydınlıq gətirib
# 02 mart 2015 12:17 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. “Ziya Bünyadov prospektində yeni inşa olunan yerüstü piyada keçidinin sökülməsindən söhbət gedə bilməz”.

Bunu “APA-Economics”ə açıqlamasında Nəqliyyat nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

P. Mürsəliyev bildirib ki, bəzi KİV-lərdə bununla bağlı yazılan məlumatlar cəfəngiyatdan başqa bir şey deyil. Qurum rəsmisinin sözlərinə görə, keçidin döşəmə hissəsinin üzlənməsi və pəncərələrdə şüşə hissəsinin montajı istisna olmaqla digər işlər tamamilə yekunlaşıb və bütövlükdə işlərin 90%-i artıq yerinə yetirilib.

“Sözügedən işlərin yerinə yetirilməsi üçün artıq nəzərdə tutulan materiallar sifariş olunub, həmin materiallar gətirildikdən sonra yerdə qalan işlərə başlanılacaq”, deyə P. Mürsəliyev bildirib.

Qeyd edək ki, ümumilikdə işlərin mart ayının sonu, aprel ayının əvvəllərində başa çatdırılması planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR